Hikmət Hacızadə: Hökumət acların üsyanının qarşısını kəsmək üçün bəzi müxalifətçiləri həbs edir

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində milli barış, bütün resursların birləşdirilməsinə şahid olduq.

Source: Foto: arxiv


Əli Kərimli: “Azərbaycan hakimiyyəti bu siyasətin çıxış yolu olmadığını anlamalıdır”

Son iki həftə ərazində koronavirusla bağlı tətbiq olunan karantin rejiminin pozulması adı ilə AXCP sədrinin köməkçisi, mühafizəçisi, məclis üzvünü, video-blogeri həbsi, KXCP məclis üzvü Fikrət Cəfərovun 200 manat cərimələnməsi bir sıra suallar yaradıb.


“Hüquq-mühafizə orqanları da Əliyevin çıxışını təlimat kimi qəbul ediblər”

AXCP sədri Əli Kərimli son həbsləri dövlət başçısı

İlham Əliyev

in 19 mart çıxışı ilə əlaqələndirir:

“İlham Əliyev guya Novruz təbriki edərkən açıq-aşkar bildirmişdi ki, ölkədə koronavirusla bağlı vəziyyət gərginləşə bilər. Çıxışının əvvəlində Xalq Cəbhəsini, Milli Şuranı işarə edərək düşmən də elan etmişdi. Ardınca da “5-ci kolon” elan etdiyi müxalifətin təcrid edilməsinin tarixi zərurət olacağını bildirmişdi”.

Onun fikrincə, hüquq-mühafizə orqanları da Əliyevin çıxışını təlimat kimi qəbul ediblər.

“Onlar hesab edirlər ki, karantin dövründə bütün dünyanın diqqəti virusla mübarizəyə yönəldiyindən maksimum müxalifətçi həbs etməlidirlər. Ona görə də Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubludan başlayaraq ardınca çoxlu sayda insanın inzibati həbslərinə start verdilər. O cümlədən, AXCP-nin mənə yaxın olan 3 funksionerini şərləyərək həbs ediblər. Köməkçim, mühafizəçim və məclis üzvü Nicat Abdullazadə, hər biri 30 sutka inzibati həbs edilib”.


“Səhv siyasətdən imtina etmək lazımdır”

Əli Kərimli bildirib ki, təzyiqlər də davam edir. Onun sözlərinə görə, aprelin 13-də interneti, telefon əlaqəsi kəsilib, bir gecə ətraf aləmlə heç bir əlaqəsi olmayıb.

“Həm də ailəmin üzvü olanların cihazları ilə də əlaqə kəsilmişdi. Hökumət məni 15 ildir ölkədən buraxmır, 7 ildir qərargahımız yoxdur. İndi də karantin şəraitində evdə qalsaq da, rahat olmağa qoymur, telefon və internet dayandırmaqla ətraf aləmdən təcrid edir. Bu da təcridetmə siyasətinin bir formasıdır. İlham Əliyev də 19 mart çıxışında bu formanı xatırlamışdı. Bura inzibati həbslər, cinayəti işi, Aqil Hümbətov kimi əsassız olaraq zorla ruhi dispanserə yerləşdirmək də daxildir. Mənim bir axşamlıq olsa da, internet və telefonlarımın kəsilməsi də həmin təcrid etmə siyasətinin tərkib hissəsidir”.

Onun fikrincə, 13 aprel axşamı bu əməliyyatı həyata keçitməkləri təsadüfü deyil. Əli Kərimli qeyd edib ki, saat 22.30-da “Osmanqızı” kanalında müsahibəsi olmalıydı.

“O, bunu planlaşdırıb və anons da etmişdi. Müsahibəyə 15 dəqiqə qalanda mənim internetim və telefonum kəsildi”.

eli_kerimli_705.jpg
Əli Kərimli

Əli Kərimli hesab edir ki, Azərbaycan hakimiyyəti bu siyasətin çıxış yolu olmadığını anlamalıdır:

“Dünyada bu günə kimi Azərbaycan hakimiyyətinə bənzər onlarla avtoritar hakimiyyətlər olub. Belə hakimiyyətlər müxalifəti sıradan çıxartmaq üçün bütün vasitələrdən istifadə ediblər, bir çoxları da hüquq müstəvisində mübarizə aparan müxalifəti sıradan çıxartmağa nail olublar. Ancaq ardınca təşkilatlanmamış narazı xalqla üz-üzə qalıblar, sosial partlayışlar olub. Həmin qəddar hakimiyyətlərin heç biri qalmayıb. Bir-iki istisna var ki, onlar da ölkələrini qan çanağına çeviriblər. Ona görə hakimiyyət başı açılanda özündən əvvəlki “gözü çıxmış qardaşlar”ının taleyinə baxsın. Səhv siyasətdən imtina etmək lazımdır”, – Əli Kərimli deyib.


“İnsanlar ac olanda yolları kəsəcək, anbarları dağıdacaq”

Siyasi icmalçı Hikmət Hacızadə isə həbsləri ölkədə sosial-iqtisadi durumun ağırlaşması ilə əlaqələndirilər. H.Hacızadənin fikrincə, insanların sosial-iqtisadi durumu ağırdır və insanlar soyuducunu boş görəndə, evdə uşaqlar yemək istəyəndə istər-istəməz hakimiyyət qarşısına tələblərlə çıxacaq:

Hikmət Hacızadə
Hikmət Hacızadə

“İnsanlar ac olanda yolları kəsəcək, anbarları dağıdacaq. Evdə yemək olmayanda nə etməlidirlər?! Hakimiyyət insanların bu etirazından bəzi müxalifətçilərin istifadə edəcəyindən narahatdır. Ona görə hökumət acların üsyanının qarşısını kəsmək üçün bəzi müxaliftçiləri həbs edir”.

Hikmət Hacızadə sual edir ki, müxalifətçilər həbs etməyin nə mənası var:

“Sən onu məhv etmirsən, siyasi səhnədən çıxarda bilmirsən, 30 sutka həbslə təcrid siyasəti baş tutmayacaq!”.


“Hakimiyyətin başlıca milli qayəsi bu bəşəri təhlükədən minimum itkilərlə çıxmaqdır”

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc karantin rejiminin pozulması ilə əlaqələr məsələlərin qətiyyən siyasi xarakter daşımadığını bildirib.

Zahid Oruc deyir ki, hakimiyyətin, konkret olaraq, operativ qərargahın başlıca milli qayəsi bu bəşəri təhlükədən minimum itkilərlə çıxmaqdır.

“Ümumdünya Səhiyyə Təşkilatının və başqa qurumların obyektiv dəyərləndirmələri ondan ibarətdir ki, Azərbaycan bu dəfə 20 yanvar və Xocalı silsiləsinə hər hansı yeni faciəni, daha çox insan sayının problemləri ilə üz-üzə qalan İtaliya, İspaniya səhnələrini yaşamayacaq. Məncə, bu nailiyyət yalnız dövlətin, hakim partiyanın yox, bütövlükdə xalqımızıdındır. Buna müxalifət təşkilatlar da sevinməlidir”.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində milli barış, bütün resursların birləşdirilməsinə şahid olduq.

“Azərbaycanda da ölkə başçısı 10 martda Milli Məclisinin tribunasından buna yönəlik fikirlərini dilə gətirdi. Yenə də dialoq və konsensus fikirləri daha çox qabardıldı. Hesab edirəm ki, bunun əsasında çox mümkün idi ki, ənənəvi leksikonlar dəyişilsin, ölkənin problemləri beynəlxaq məkana daşınmasın, yalnız neqativdə görünən məsələlərə ayrı münasibət olsun və.s. Çox təəssüflər ki, özünü milli cəbhə və liberal demokratiyanın qalası hesab edənlər bu dəfə də bir cəbhə açıb qara hesabatları təqdim etməyə çalışırlar”.

Zahid Oruc hesab edir ki, Azərbaycan cəmiyyətinin dünyəvi bəladan toparlanaraq çıxması kimisə narahat etməlidir.

“Həqiqətənmi reytinq yarışları gedir? Çox acınacaqlıdır. Sosial məsələlər bu şəkildə siyasi mənafelər üçün sümürülməməlidir. Azərbaycan tarixinin 90-cı illər səhifəsində cəsədlər üzərində, torpaqlar uğrunda vuruşub həyatını itirən insanların, şəhidlərin özünün üzərindən belə siyasi xal toplanılması tarixçəsini yaşamışıq. İnanın ki, hakimiyyətin başlıca hədəfi və qayğılarını 5-10 nəfər anarxist və siyasi ekstremist təmayülündə təşkil edən insanlar təşkil etmir. Eyni mövqeni bölüşən, sistem müxalifəti sayılmayan qüvvələr mövcuddur. Axı onların üzvlərinə qarşı sərt tədbirlər görülmür. On minlərlə insan hansısa inzibati qaydaları pozur. Məgər, onların hamısı vəsiqə daşıyırlar? Mütləq biz sonda qiymət verməliyik ki, nə qədər partiya üzvü cəzalanıb və ödənən cərimələr nədən ibarətdir? Gerçəkdən də milli işə töhfə vermək üçün geniş üfiqlər açılıb”.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc hesab edir ki, hazırda Azərbaycanda əvvəlki dövrlərdən fərqli olaraq milli həmrəylik yaşana bilər. Yetər ki, onu siyasi cinahda uzun illərdir barrikadaya çəkilmiş qüvvələr də nümayiş etdirsinlər.

“Hakimiyyət administrasiyanın ən yüksək rəsmiləri tərəfindən öz məramını göstərib. Buna adekvat olaraq hər bir qüvvə göstərəcəyi təqdirdə qarşısında ehtiram və yaxşı davranışlar görəcək”.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov mətbuata bildirib ki, karantin qaydalarını pozan insanların cəzalandırılması zamanı onların hansı partiyaya məxsus olduqları soruşulmur.


Avropa Şurası Parlament Assambleyası

nın Azərbaycan üzrə həmməruzəçiləri Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak martın 26-da İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkədəki müxalifəti təcrid edəcəyinə işarə etməsinə münasibət bildirərək, qeyd ediblər ki, hökumətin rüsvayçı şəkildə koronavirus pandemiyasından ölkədə təzyiqlərə üzləşən siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi onları heyrətləndirir və dəhşətə gətirir.

“Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır”.

Ana səhifəSiyasətHikmət Hacızadə: Hökumət acların üsyanının qarşısını kəsmək üçün bəzi müxalifətçiləri həbs edir