Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərə muzdlu dəstələr gətirir

O, döyüş bölgəsində “7-ci günün adventistləri” qrupuna daxil olan şəxsin Ermənistan tərəfindən Azərbaycana keçdiyini bildirib

Source: Specify Source


“PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur”

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən gətirilmiş muzdlular var. VOMA terror təşkilatında da 300-dən artıq muzdlu cəmləşib. Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var”.

Bu bəyanatı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə səsləndirib.

Hikmət Hacıyev sadaladığı ölkələr arasında Fransanın da adını çəkib:

“Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur”.

O, döyüş bölgəsində “7-ci günün adventistləri” qrupuna daxil olan şəxsin Ermənistan tərəfindən Azərbaycana keçdiyini bildirib:

“Həmin adam müvafiq açıqlamalarla çıxış edib. “7-ci günün adventistləri” də digər dini azlıqlar kimi Ermənistan ərazisində sıxışdırılır. Azərbaycan ərazisində bu icma ilk dəfə əsrin əvvəlində Şuşada fəaliyyətə başlayıb. Azərbaycanda digər dini icmalara olan kimi bu icmaya da dözümlü münasibət göstərilib. Hazırda Gəncə və Bakıda bu icmanın nümayəndəlikləri fəaliyyət göstərir, öz ibadətlərini həyata keçirir. Ermənistan silahlı qüvvələrinin sıralarına da bu cür şəxslər məcburi daxil edilirlər”.

Hikmət Hacıyev deyib ki, Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub.

Ermənistan tərəf isə Azərbaycan tərəfdə suriyalı muzdluların vuruşduğunu iddia edir.

Hikmət Hacıyev Azərbaycanın hər hansı muzdlulara ehtiyacı olmadığını söyləyib və Ermənistanın bu yöndə iddialarını rədd edib.

Ana səhifəSiyasətHikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərə muzdlu dəstələr gətirir