Hikmət Əlizadə: Qaxda qanunsuz ov edən ərəb turistlər 4 min manat cərimələnib

“Həmçinin Acınohurda müxtəlif yerlərdə nəzarət postları qurulub ki, ərəb turistlər qadağan olunmuş ərazilərdə hərəkət edə bilməsinlər”

Source: Specify Source


"Ərəb turistlərin heyvanlarla rəhmsiz rəftarı yolverilməzdir"

“Azərbaycana xarici turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Təbii ki, Azərbaycanas istənilən ölkə vətəndaşı, həmçinin ərəblər gələ və istirahət edə bilər. Lakin bu zaman qanunvericiliyin pozulması baş verərsə, təbii ki, müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qarşısını almalıdır”.

Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə deyib.

Bildirib ki, Qaxın Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

İki nəfər ərəb turist “Ovçuluq haqqında” qanuna əsasən, dörd min manat cərimə olunub. Həmçinin Acınohurda müxtəlif yerlərdə nəzarət postları qurulub ki, ərəb turistlər qadağan olunmuş ərazilərdə hərəkət edə bilməsinlər: “Ərazidə araşdırma aparan zaman məlum oldu ki, Acınohurda qadağan olunan ərazinin 372 hektarı 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş da xarici qonaqları istirahət üçün həmin əraziyə dəvət edib. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur, lakin ərəb turistlərinin qanunsuz ov etməsi, heyvanlarla rəhmsiz rəftarı yolverilməzdir”.

Hikmət Əlizadə onu da qeyd edib ki, sosial şəbəkə və mətbuatda yayılan foto və video materialların bəziləri köhnə dövrlərdə çəkilib: “Məsələ ilə bağlı dərhal araşdırmaya başladıq, fakt qismən təsdiq olundu. Yəni həmin faktlar yeni deyil, hətta bəzi materiallarda yeri müəyyən etmək mümkün olmayıb. Kiçik bir faktı nəzərə çatdırım ki, hazırda mirqasiya dövrü bitdiyi üçün ölkəmizdə ümumiyyətlə, quşların sayı azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və qanuna müvafiq olaraq, ölçü götürüldü”.

Martın 25-də sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunda müxtəlif quş növlərini, əsasən də durnaları ovladıqları barədə görüntülər yayılıb.

Bu məlumatları ilk dəfə ekoaktivist Cavid Qara gündəmə gətirib.

Ana səhifəSosialHikmət Əlizadə: Qaxda qanunsuz ov edən ərəb turistlər 4 min manat cərimələnib