Lətif Qəndilov əvvəllər bir neçə ölkədə səfir olub
Prezident İlham Əliyev Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu vəzifəsindən geri çağırıb.
Bu barədə ölkə başçısı İlham Əliyev oktyabrın 6-da sərəncam
imzalayıb
.
Ölkə başçısının digər sərəncamı ilə Lətif Qəndilov Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin
edilib
.
Lətif Qəndilov iyulun 16-da Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri
çağrılmışdı.
O, 2010-2011-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub.
Sonrakı illərdə Azərbaycanı Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda,Vyetnam Sosialist Respublikasında səfiri vəzifəsində təmsil edib.
H. Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib.
2012-ci ildən bəri isə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.