Hicran Hüseynova: ”Azərbaycanda uşaq intiharları və abortların sayı artıb”

”Bu halların qarşısının alınması üçün Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilməyə başlayıb”

Source:
Hicran Hüseynova
Hicran Hüseynova


”Bu halların qarşısının alınması üçün Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilməyə başlayıb”

Azərbaycanda ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri qeyd edib ki, bu faktlar ailələrin rastlaşdığı problemlərlə bağlıdır: “Azərbaycanda hazırda 2 milyon 2 min 30 ailə var. Həmin ailələrin içərisində uzun ömürlü ailələr, qızıl, brilyant və gümüş toyu olan ailələr daha çoxdur. Onlar Azərbaycan ailələrinin nümunələridirlər. Amma bəzi sıxıntılardan bu cür xoşagəlməz hallar da baş verir və bu problemlər artır. Ailələrdə zorakılıq, uşaq intiharları və abortların artmasına səbəb həmin ailələrdə ailə üzvlərinin bir-birindən ayrı yaşaması, nikahsız ailələrin qurulması, qeyri-rəsmi nikahdan uşaqların dünyaya gətirilməsidir. Bu cür faktlar ailələrdə uşaq intiharları və abortların sayının artmasına səbəb olub. Bu cür halların qarşısı alınmalıdır”.

H.Hüseynova deyib ki, bu halların qarşısının alınması üçün Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilməyə başlayıb.

Ana səhifəXəbərlərHicran Hüseynova: ”Azərbaycanda uşaq intiharları və abortların sayı artıb”