Yağış tavandan metroya dolur
13 apreldə yağan yağışdan sonra metronun “Həzi Aslanov” stansiyası damıb. Bu barədə Meydan TV-nin ərazidə olan əməkdaşı məlumat verib. Onun sözlərinə görə, stansiyanın tavanına vurulan suvaqlar qopub və oradan su süzülür. Xadimə əraziyə yığılan suyu təmizləyir. Yağışdan sonra həm küçədən, həm də tavandan su metroya dolur.