”Heykəl məhbuslarına” gürcü fəallardan dəstək

Gürcüstanın paytaxtı Tiflis şəhərində “Heykəl Məhbusları” Bayram Məmmədov və digər gənc fəal Qiyas İbrahimova dəstək məqsədi ilə bir qrup gürcü gənc və azərbaycanlı siyasi mühacirlər dəstək aksiyası keçiriblər.

Source:

Gürcüstanın paytaxtı Tiflis şəhərində “Heykəl məhbusları” Bayram Məmmədov və digər gənc fəal Qiyas İbrahimova dəstək məqsədi ilə bir qrup gürcü gənc və azərbaycanlı siyasi mühacirlər dəstək aksiyası keçiriblər. Onlar müxtəlf şüarlarla Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında gənclərin həbsinə etirazla bərabər, onların bir az öncə azadlığa buraxılmasını ələb ediblər. Etirazçılar həmçinin əllərində digər siyasi və vicdan məhbuslarının şəkillərini tutublar.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Gənclərin, əslində, eks prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Ana səhifəXəbərlər”Heykəl məhbuslarına” gürcü fəallardan dəstək