”Heydər Əliyevin posterini yazdığıma görə həbs olunmuşam”

 Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı Qiyas İbrahimovun məhkəməsi başlayıb.

Məhkəmə iclasınds Qiyas İbrahimov hakim heyətinə etiraz edib. O, narkotiklə heç bir əlaqəsi olmadığını, eks-prezident Heydər Əliyevin posterini yazdığına görə həbs olunduğunu bildirib. Vəkil Elçin Sadıqov bildirib ki, Nərimanov Rayon Polis İdarəsinin təhlükəsizlik kameralarına düşən görüntülərin məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatəti təmin olunub. Ancaq bu formal xarakter daşıyır.

Növbəti məhkəmə prosesi sentyabrın 27-nə təyin olunub.

Ana səhifəVideo”Heydər Əliyevin posterini yazdığıma görə həbs olunmuşam”