”Heydər Əliyev üçün yasin oxumuramsa, iki qızım ölsün” (VİDEO)

“European Tabacco”-nun 50-yə yaxın işçisi bu gün Prezident Adminstrasiyası qarşısında aksiya keçiriblər.  Onlar 1999-cu ildən səhmdardılar. Deyirlər, Heydər Əliyevin vaxtında vəziyyətləri daha yaxşı olub. Ümumilikdə 110 nəfər səhmdarı olsa da, onları işdən çıxarıblar. Şirkətin direktoru, deputat Rüfət Quliyevdir. Şikayətçilər deyirlər ki,  deputat onları işdən çıxarıb və səhmlərinə məhəl qoymur. Əllərində bayraq və Heydər Əliyevin şəkillərini tutan aksiya iştirakçıları indiyə kimi bir neçə ünvana şikayətə getsələr də, problemləri həll olunmayıb. Məhkəməyə də müraciət etsələr də, ən sonda şikayətləri təmin olunmayıb. İlk instansiyada məhkəmə onların xeyrinə qərar çıxarıb, Ali Məhkəmədə isə uduzublar.

Kanalımıza abunə ol –

https://goo.gl/TcM9Fm


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Ana səhifəVideo”Heydər Əliyev üçün yasin oxumuramsa, iki qızım ölsün” (VİDEO)