”Heydər Əliyev sarayının dörd tərəfi mənimdi”

Altmış yaşlı Kəklik xala soyadını çoxdan, süpürgəçiliyə başlayandan unudub. Deyir ki, hər gün 15 saat işləyən, küçələri qarış-qarış gəzən adam soyadını yadında saxlayar?

Gözünün ağı-qarası Murad adlı bircə oğlu var. Murad keçmiş polis əməkdaşıdır.

O, dörd il öncə mübahisə zəminində cinayət işləyib və doqquz il müddətinə azadlıqdan məhrum edilib. Elə o gündən Kəklik xala küçələri süpürməklə gününü günə calayır.

Muradın cəzasının bitməsinə hələ beş il qalıb. Deməli, Kəklik xala bundan sonra hələ beş ildə küçələri süpürməlidi.

Kəklik xala deyir ki, qabaqlar bir az vəziyyəti babat olub: “Olimpiya Oyunlarından sonra tamam pulumuzu kəsdilər. Pulumuzu artırmaq əvəzinə daha da kəsdilər. Ərzağın qiymətini bahalaşdırıblar, həm də pulumuzu kəsiblər.

Oğlum tutulandan sonra işləməyə başlamışam. İndi uşağa görə məcburam gəlib işləyim. Çünki ona yemək aparmalıyam. Yoxsa mənim süpürgəçilikdə nə işim vardı?! Azdan-çoxdan nəsə olurdu, yeyib otururdum evimdə.

Həmişə səhər 5-ə işləmiş yuxudan qalxıb gəlirəm işləməyə. Bu küçə mənimdir. Heydər Əliyev Sarayının bütün dörd tərəfi bir də Dilarə Əliyeva küçəsi”.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Heydər Əliyev sarayının dörd tərəfi mənimdi”