Heydər Əliyev Fondunun Vatikanda bərpa etdirdiyi katakombaların açılışı olub

Müqəddəs Sebastian katakombaları üçün xərclənən vəsaitin həcmi açıqlanmır

Source:
Leyla Əliyeva və Mehriban Əliyeva açılışda
Leyla Əliyeva və Mehriban Əliyeva açılışda


Müqəddəs Sebastian katakombaları üçün xərclənən vəsaitin həcmi açıqlanmır

Sentyabrın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib, qırmızı lenti kəsib.

Hələ 2012-ci ildə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb.

Sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi

imzalayıblar.

 Lakin bu bərpanın fonda neçəyə başa gələcəyi barədə heç bir məlumat yoxdur.

Bundan xeyli əvvəl – 2009-cu ildə isə Heydər Əliyev Fondu Strasburq kafedral kilsəsinə – «Bizim ledi» kilsəsinə 40 min avro bağışlayıb. İanə «Tolerantlığın ünvanı – Azərbaycan» adlı layihə çərçivəsində

edilmişdi.

Heydər Əliyev Fondu Rusiyada da kilsələrin tikilişinə, bərpasına dəstək verib. Hətta buna görə Mehriban Əliyeva ötən il II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif

olunub.

 M.Əliyeva bu ordeni Rus Pravoslav Kilsəsini təmir etdirdiyinə görə alıb.

Bu orden əsasən kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə də Rusiyada ilk abidə ucaldılıb. Lakin görülən işlərə xərclənən pulların həcmi

açıqlanmır.

Ana səhifəXəbərlərHeydər Əliyev Fondunun Vatikanda bərpa etdirdiyi katakombaların açılışı olub