Heydər Əliyev Fondunun adı torpaq davasında (VİDEO)

Türkan qəsəbəsinin sakini Məhbubə Niftəliyeva Heydər Əliyev Fonduna verilən torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Həmin ərazilər 90-cı illərdən onun yoldaşı Firudin Niftəliyevin adına rəsmiləşdirilib. Onlar torpaq sahəsində ferma tikib və qalan ərazilərdə dənli bitkilər əkiblər. Qadın deyir ki, həyat yoldaşı vəfat etdikdən sonra torpaqlar istifadəsiz qalıb. Bələdiyyə də fürsətdən yararlanaraq 50 sot ərazini satışa çıxarıb.

Məhbubə Niftəliyeva torpağının satılmasına görə bələdiyyəyə şikayət ərizəsi göndərib. Şikayətlə bağlı bələdiyyədən bir neçə nümayəndə onun evinə gəlib. Qadının sözlərinə görə, həmin görüşdə mülkiyyətinə aid sənədləri oğurlanıb.

Türkan qəsəbəsinin keçmiş bələdiyyə sədri Cavad Rzaquliyev götürdüyü ərazinin əvəzində Məhbubə Niftəliyevaya başqa yerdən torpaq verəcəyini deyib. Qadın bu sözü onu xatırladanda “mən sizə çox şey deyə bilərəm” cavabını alıb.

Xəzər rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbəri Gülbala Qurbanov Meydan TV –yə bildirib ki, şikayətçi torpağın ona məxsus olması ilə bağlı arxivdən sənədi götürərək təsərrüfat şöbəsinə müraciət etsin. Bundan sonra onun şikayətinə baxılacaq.

Qadın isə heç olmasa torpağının yarısının ona qaytarılmasını istəyir.

Ana səhifəVideoHeydər Əliyev Fondunun adı torpaq davasında (VİDEO)