Hətta Pedro Aqramunt Rəsul Cəfərovun müdafiəsinə qalxıb

“Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”

Source:


“Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmdən narahatlıqlarını bildiriblər.

“Biz mart ayında vəziyyətin monitorinqi çərçivəsində Azərbaycana səfərimiz zamanı Rəsul Cəfərovla görüşdük. O, məhkəməyə qədər həbs altında idi. R.Cəfərov ona qarşı ittihamların siyasi motivli olduğunu bildirdi. Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”, – AŞPA-nın saytında yayılan məlumatda deyilir.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, hakimiyyət R.Cəfərovun apellyasiya şikayətinə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq  ədalətin, tərəflərin bərabərliyinin, təqsirsizlik prezumpsiyasına hörmətin təminatı üçün addımlar atacaq.

Həmçinin məlumatda qeyd olunur ki, R.Cəfərovun məhkəməyə qədərki  həbsə dair şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır və Avropa Şurası insan hüquqları komissarı üçüncü tərəf kimi bu prosesə müdaxilə etmək hüququndan istifadə edib.

Qeyd edək ki, bu, ötən ilin yayında və payızında tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin həbsindən sonra AŞPA həmsədrlərinin Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təqib olunmasını və həbsini açıq şəkildə pisləməsi ilə bağlı ilk haldır.

P.Aqramunt Azərbaycanda siyasi məhbuslar məsələsi də daxil olmaqla, insan hüquqları məsələsi üzrə məruzəçi olsa da, bu missiya çərçivəsində bir dəfə də olsun Azərbaycana gəlməyib (Turan İA).

Ana səhifəXəbərlərHətta Pedro Aqramunt Rəsul Cəfərovun müdafiəsinə qalxıb