Həsrət Rüstəmovun şikayəti təmin olunmadı

Source:

İşdən çıxarılan partiya funksioneri apelyasiya şikayəti verəcək

Nəsimi Rayon Məhkəməsi noyabrın 22-də Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun Bakı Şəhər Təcili Yardım Stansiyasındakı işindən çıxarılması ilə bağlı şikayətinə baxıb.

Hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ADP funksionerinin şikayəti rədd edilib.

Bu barədə Meydan TV-yə danışan H.Rüstəmov bildirib ki, onun işdən uzaqlaşdırılması ilə bağlı əmrin əsasında xəstənin yanında 15 dəqiqə artıq olması dayanır:

“Yəni 15 dəqiqə artıq oturmağım işdən uzaqlaşdırılmağıma səsbəb olub. Halbuki, tənha qadın olan xəstənin durumu ağır idi, izahat da verib zəruri şəkildə 15 dəqiqə artıq onun yanında olmağımı sübut etmişəm. Hətta hakim ilk prosesdə xəstəyə qayğı göstərdiyimə görə işdən çıxarılmağıma təəccübləndirdi. Qarşı tərəf isə əmrin düzgün verildiyini dedi və müxtəlif sənədlər təqdim etdi. Onlardan biri 2015-ci ildə baş həkimin xəstənin yanında 1 saatdan artıq oturmağı qadağan edən əmr idi. Guya, bu, digər çağırışlara gecikməyimə səbəb ola bilər. Halbuki, xəstə yanına yeni girəndə baş həkim zəng edib deyib ki, başqa yerdə daha ağır xəstə var, ora getməlisən. Bu mənada baş həkimin dedikləri bəhanə idi”.

Həsrət Rüstəmov məhkəmədə 3 tələb qoyduğunu deyib:

“İşə bərpa, məcburi əmək günlərinin və mənəvi zərərin ödənilməsinin təmin olunmasını tələb edirdim. Ən azı işə bərpa haqda qərar gözləyirdim. Təəssüf ki, hakim müşavirədən qayıdandan sonra iddiamın qəbul olunmadığını elan etdi”.

Partiya sədrinin müavini apelyasiya şikayəti verəcəyini bildirib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov oktyabrın 6-da Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən

uzaqlaşdırılıb

.

O, bu qərarı Milli Şuranın aksiyalarında iştirakı ilə bağlayır.

Partiya sədrinin müavini bildirib ki, ona təzyiqlər Milli Şuranın 23 sentyabr  mitinqindən sonra başlayıb.

Ana səhifəXəbərlərHəsrət Rüstəmovun şikayəti təmin olunmadı