Prosesdə Azadlıq Radiosunun əməkdaşının kamerası əlindən alınıb
İyunun 23-də Gəncə Şəhər Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçirilib.
Meydan TV-nin əməkdaşının verdiyi məlumata görə, hakim Ayaz Mahmudovun sədrliyi ilə keçən prosesdə məhkəmə mühafizəçiləri Azadlıq Radiosunun yerli əməkdaşı Gülnur Kazımova və Meydan TV-nin əməkdaşına təzyiq edərək iclas zalından görüntülər götürməyə imkan verilməyib. Sonda Gülnur Kazımovanın kamerası əlindən alınıb.
Prosesdə vəkil Əlayif Həsənovun qaldırdığı vəsadətlər rədd olunub.
Proses iyunun 24-də saat 10-da davam edəcək.