Həsən Hüseynlinin işi ilə bağlı məhkəmə olacaq [ VİDEO ]


Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəri Həsən Hüseynlinin saxlanılması ilə bağlı 16-17 aprel tarixlərində məhkəmə prossesi realaşacaq.

Bu barədə Həsən Hüseynlinin vəkili Əalyif Həsənov  Meydan TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Həsən Hüseynliyə açılan iş qanunsuzdur və heç bir hüquqi əsasa söykənmir:

 “Həsən Hüseynlinin məsələsi məhkəmə praktikasında rast gəlinir. Xüsusən siyasi hesab edilən işlərdə. Mən təəssüf edirəm ki bəzən vəkillər məcbur olub, siyasətçilər kimi hadisələrə qiymət verir. Ancaq  bu çox vaxt vəkillərdən aslı olmur. Saxlanılan şəxs siyasi səbəblərdən tutulduğunu iddia edir və biz vəkillər işə qarşılaşanda o qədər hüquq pozuntusu ilə rastlaşırıq ki bu da heç bir hüquqa söykənmir”.

Martın 31-də saat 18 radələrində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə aparılıb.  Buna səbəb onun adam bıçaqlamasında ittiham olunması olub. Vəkil Əlayif Həsənovun sözlərinə görə, qarşı tərəf Həsən Hüseynliyə açılan 321.3-cü maddəni rəhbər tutaraq, 3-ildən 7 ilə kimi həbs tələb edə bilər. Həsən Hüseynli isə bildirir ki, istintaqın nəticəsində aslı olmayaraq o günahsızdır və bunu sübut etmək üçün bütün hüquqi yollardan istifadə edəcək:

“Ondan bu yana istintaq davam edir. Bir dəfə məni istintaq sirrlərini yaymama- qla bağlı sənədə imza atmağa dəvət etdilər. Ondan sonra bildirilib ki istintaq davam etdiriləcək.  İbtidai tədqiqat yekunlaşandan sonra yəqin ki məhkəməyə təqdim edəcəklər.  Vəkillərlə bir neçə dəfə görüşmüşəm. Hazırda polis nəzarəti altındayam və sadəcə polis idarəsinə məlumat verməklə ölkə daxilində hər hasnı bir yerə gedə bilərəm. xarici ölkələrə isə heç bir səfər mümkün deyil”.

Həsən Hüseynli iddiaçı tərəfin geri çəkilib-çəkilməyəcəyinə də münasibət bildirib:

 “Şər atan adam və mənim tutulmağımı istəyən, bilmirəm geri çəkiləcək ya yox. Əgər onlar onu ediblərsə, geri çəkilmələrini şeytan bilər. Mən bilirəm ki bunlar şərdi və orda deylənlərlə bağlı razı deyiləm. Dediklərimdən geri çəkilməyəcəm.  Haqsız olaraq nəyisə boynuna götürməiyi heç təsəvvür də etmirəm.  Bu böhtan, şərdir.  Yox, qəti mənim geri çəkilmək kimi bir fikrim yoxdur.  Mən deyə bilmərəm məqsəd nə idi. Əgər burda məni gözdən salmaq istəyi olubsa, nəticə verməyib. Bir nəfərin də buna inandığını və şübhələndiyini eşitmədim”.

Ana səhifəVideoHəsən Hüseynlinin işi ilə bağlı məhkəmə olacaq [ VİDEO ]