Həsən Hüseynlinin apellyasiya şikayətinə baxılır

Vəkillərin vəsatəti təmin olunmayıb

Source:


Vəkillərin vəsatəti təmin olunmayıb

Avqustun 27-də Gəncə Apellyasiya Məhkəməsində hakim Bədəl Əliyevin sədrliyi ilə Həsən Hüseynlinin apellyasiya şikayətinə ilkin baxış iclası keçirilib.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, Həsən Hüseynli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və qismən məhkəmə istintaqı aparılması barədə vəsatətlər təmin edilməyib. Yekun apellyasiya baxış Sentyabrın 9-u, saat 15.00-a təyin edilib.
Həsən Hüseynli AR CM-nin 221.3-cü və 228.4-cü maddəsilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli hökmündən Həsən Hüseynlinin vəkilləri Elçin Sadıqov və Əlayif Həsənovun apellyasiya şikayəti veriblər.

Ana səhifəXəbərlərHəsən Hüseynlinin apellyasiya şikayətinə baxılır