Hesablama Palatasına sədr müavini və yeni üzvlər təyin edildi

Milli Məclis namizədləri təsdiqləyib

Source:


Milli Məclis namizədləri təsdiqləyib

Milli Məclisin iclasında Azərbaycan Hesablama Palatasının yeni sədr müavini və auditorlar təyin edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən Palata sədrinin müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun, auditor vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra adıçəkilən şəxslərin namizədlikləri təsdiqlənib.

Bir neçə gün əvvəl Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovun istefaları qəbul edilib.

BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşı olan Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini idi. O, 2008-ci ilin dekabr ayından Milli Məclisinin qərarı ilə bu vəzifəydə idi.

Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Ana səhifəXəbərlərHesablama Palatasına sədr müavini və yeni üzvlər təyin edildi