Pozuntuların olduğu deyilir
Hesablama Palatasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar apardığı bildirilir.
Bu barədə “Report” məlumat yayıb.
Bildirilir ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını təsdiqləyib.
Palatadan bildirilib ki, yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.