””Hesabat” proqramı prezidentin göstərişi ilə açılıb”

”İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi”

Source:


”İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi”

ANS TV-nin “Mir Şahinlə Hesabat” proqramının Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən müəmmalı surətdə bağlanması, bu gün isə təcili formada yenidən açılması cəmiyyətdə müəyyən suallar yaradıb.

Meydan TV ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin məsələ ilə

anspress.com

saytına açıqlamasını təqdim edir:

“ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan “Mir Şahinlə Hesabat” həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.

İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq həmişə Azad Sözə və Mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin “Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.

Dövlət başçısı həmişə olduğu kimi Azərbaycanda Demokratiyanın, Söz Azadlığının, Müstəqil Mətbuatın və eyni zamanda Sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prezidenti növbəti dəfə vətəndaşlarının Konstitusion Hüquq və Azadlıqlarının qarantı olduğunu isbat etdi.

Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm”.

Ana səhifəXəbərlər””Hesabat” proqramı prezidentin göstərişi ilə açılıb”