Hesabat: Əhalinin böyük hissəsi əmlakına arxayınlıqla sahiblik edə bilmir

”Ölkədə mülkiyyət hüquqlarının təminatı sahəsində ciddi problemlər var”

Source:


”Ölkədə mülkiyyət hüquqlarının təminatı sahəsində ciddi problemlər var”

“Azərbaycanda mülkiyyət hüquqları təkcə konstitusion deyil, həm də, beynəlxalq hüququn normaları ilə təminat altına alınıb. Ancaq ölkədə mülkiyyət hüquqlarının təminatı sahəsində ciddi problemlər var”.

Demokratik Təşəbbüslər İnstitutunun “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı problemi” adlı hesabatında belə deyilir.

Bildirilir ki, bu problemlər nəinki mülkiyyət hüquqlarının dövlət, ictimai ehtiyaclara görə və ya digər amillərin təsiri altında itirilməsi, həm də hüquqlara çatımlılıq, onların əldə olunması və həyata keçirilməsi zamanı da özünü göstərir.

“Əhalinin böyük hissəsi əmlakına arxayınlıqla sahiblik edə bilmir. Bu, müxtəlif dərəcədə həm mülkiyyətində olan əmlakı sənədləşdirilmiş, həm də sənədləşdirilməmiş şəxslərə aiddir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin mülkiyyət hüquqları bu və ya digər dərəcədə daxili qanunvericiliklə təminat altına alınıb, lakin mülkiyyətində olan əmlakı sənədləşdirilməmiş şəxslər bu cür təminatdan tamamilə məhrumdurlar” – sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, qeyri-rəsmi məlumatlara əsasən Bakı və Bakıətrafı qəsəbə və kəndlərdə təxminən 500 minə yaxın sənədsiz evlər və torpaq sahələri var. Onların sayı hər keçən gün durmadan artır. Hər mənzildə 3-4 nəfərin yaşadığı nəzərə alınsa, bu, 1,5-2 milyon insanın yaşadığı deməkdir. Burada yaşayan şəxslər illərdir kommunal ödənişlərini və digər dövlət vergilərini ödəmələrinə baxmayaraq, hələ də yaşadıqları evlərinə hər hansı mülkiyyət sənədi əldə edə bilmirlər və dövlət tərəfindən mülkiyyətçi kimi tanınmırlar:

“Bu halın mövcudluğu burada yaşayan insanlar üçün bir sıra mənfi nəticələrə gətirib çıxarır. Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta sahə müvəkkili belə onun mənzilini buldozer qabağına verə bilər. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermir ki, mülkiyyət üzərində hər hansı bir hüquq da həyata keçirə bilsinlər (məsələn, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar). Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını demək olar ki, mümkünsüz edir”.

Hesabatda ölkədə dаşınmаz əmlаka hüquqlаrın qеydiyyаtı məsələləri təhlil еdilib. Sənəddə Daşınmaz Əmlakın Dövlət Reyesterindəki (bundan sonra – DƏDRX) mövcud problemlər, eyni zamanda qanunvericlikdə olan kоlliziyаlаr və prаktikаdа оlаn qüsurlаr təsbit edilmiş və bu halların аrаdаn qаldırılmаsı üçün tövsiyələr var.

Hesabatın tam mətni ilə bu

link

vasitəsilə tanış ola bilərsiz.

Ana səhifəXəbərlərHesabat: Əhalinin böyük hissəsi əmlakına arxayınlıqla sahiblik edə bilmir