Hərracda manat dollar qarşısında möhkəmləndi

Ekspertlər bunu müvəqqəti sayır

Source:


Ekspertlər bunu müvəqqəti sayır

Aprelin 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7031 səviyyəsində formalaşıb.

Bu gün 1 ABŞ dolları 1.7140 manatdır.

İki gün əvvəl keçirilən son hərraclarda isə 1 dollar 1.7244 manat olmuşdu.

Son iki hərracda manat dollar qarşısında dəyər qazanır. Ekspertlər bunun müvəqqəti xarakter daşıdığını deyirlər.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Ana səhifə ▸ Xəbərlər ▸ Hərracda manat dollar qarşısında möhkəmləndi