Hərracda dollar ucuzlaşdı

“Dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”

Source:


“Dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”

Martın 16-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7202 səviyyəsində formalaşıb.

Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7282 səviyyəsində müəyyən edib. Beləliklə, hərracda manat dollara nisbətən 0,46 faiz bahalaşıb.

İqtisadçı Natiq Cəfərli manatın bahalaşmasının səbəbinin çox bəsit olduğunu, qısa zamana hesablandığını deyir:

“Mərkəzi Bank manat kütləsini azaldıb. Bu da iqtisadi aktivliyi zəiflədib. Bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir. Novruz bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turistin gəlməsi gözlənilir. Onlardan ucuz dollar almaq istəyirlər. Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər. Onların ən çox gəlir yeri valyuta spekulyasiyalarıdır. Dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Ötən ay manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü.

İqtisadçılar bunu müvəqqəti sayırdılar. Daha sonra yenidən dollar bahalaşmağa başladı. Son hərraclarda isə yenə manat dəyər qazanmağa başlayıb.

Ana səhifəXəbərlərHərracda dollar ucuzlaşdı