Vəsaiti 30 bank alıb
Sentyabrın 6-da növbəti valyuta hərracı keçirilib.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsait hərraca qatılan 30 banka satılıb.
Son bir neçə gündə 25-dən artıq bank dollar satışını dayandırıb. Reuters agentliyi “Qara bazar”da 1 dolların 1-2 manata satıldığı xəbərini yayıb.
Hazırda Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 dollar 1.6362 manata bərabərdir.