Hərbi qulluqçuların məvacibində artım var

Fevralın 1-dən məvaciblər 10 faiz çox olacaq

Source:


Fevralın 1-dən məvaciblər 10 faiz çox olacaq

Yanvarın 19-da Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ana səhifəXəbərlərHərbi qulluqçuların məvacibində artım var