Hərbi qulluqçuların maaşı müddətli artırılıb

Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə bitişik zonada hərbi xidmət keçən qulluqçular vəzifə maaşlarının 100 faizi həcmində əlavə alacaq

Source: google


Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə bitişik zonada hərbi xidmət keçən qulluqçular vəzifə maaşlarının 100 faizi həcmində əlavə alacaq

Hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

“Report”un sorğusuna cavabında Müdafiə Nazirliyi bildirib. Məlumatda deyilir ki, nazir əmri imzalayarkən post-müharibə dövrünün bir sıra təhdidləri, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınıb.

“Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir”, – məlumatda qeyd olunub.

Sosial şəbəkələrdə münaqişə bölgəsində olan hərbçilərin maaşlarının azaldılması ilə bağlı etirazlar səsləndirilmişdi. Məsələ Azərbaycan Milli Məclisində də müzakirəyə

çıxarılmışd

ı . Deputat Azay Quliyev də maaşların azaldılmasına etiraz etmişdi:

“Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən hərbçilərin maaşlarının azaldılması ilə bağlı açıqlama verilib, amma təklif edirəm ki, qanuna dəyişiklik edərək bu məsələni həll etməliyik. Nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Parlamentin spikeri Sahibə Qafarova məsələyə “hazırda Qarabağ döyüş bölgəsi deyil” şəklində münasibət bildirmişdi. Onun fikirləri sosial şəbəkələrdə tənqid olundu.

Ana səhifəXəbərlərHərbi qulluqçuların maaşı müddətli artırılıb