Hərbi qulluqçuların maaşı artırıldı

Prezident sərəncam imzaladı

Source:
İlham Əliyev
İlham Əliyev


Prezident sərəncam imzaladı

Martın 5-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, 2018-ci il martın 1-dən Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artıb.

Bu, 2018-ci ildə imzalanan 92-ci sərəncamdır. Növbədənkənar prezident seçkisi elan olunan gündən – fevralın 5-dən isə 74 sərəncam verilib. Bu sərəncamların 20-si əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlikdir.

Ekspertlər hesab edir ki, prezidentliyə namizəd olan 7-8 nəfərdən biri hal-hazırda ölkə başçısıdır və onun konkret sosial qrupların rifahının yaxşılaşdırılması üçün atdığı addımlar seçkidə həmin şəxslərin səsinin qazanılmasına yönəlib.

Ana səhifəXəbərlərHərbi qulluqçuların maaşı artırıldı