Faktla bağlı cinayət işi başlanıb
Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçu Telman Mirbaba oğlu Miriyev həlak olub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.