Qurum təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirdiyini deyir, amma detalları açıqlamayıb
Azərbaycan Hərbi Prokurorluğu aprelin 11-də baş verən atəşkəslə bağlı cinayət işi açıb.
Bu barədə Hərbi Prokurorluğun aprelin 12-də yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
“Ermənistanın növbəti təxribatı zamanı baş verən məlum hadisələr ilə əlaqədar Hərbi Prokurorluq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq“.
Aprelin 11-də Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində tərəflər itkiyə məruz qalıb.
Azərbaycan ordusunun 3, Ermənsitan silahlı qüvvələrinin isə 4 hərbçisi həlak olub.