Hərbi hissə komandiri minaya düşüb

Mənbə: “Bizim Yol”

Hadisə Kəlbəcər rayonunda baş verib

Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri, polkovnik Vüqar İsbəndiyarov minaya düşərək ağır xəsarət alıb. Hadisə iyulun 26-da Kəlbəcər rayonunun Cəmilli kəndi ərazisində baş verib.

Polkovnik dərhal yaxınlıqda yerləşən tibb müəssisəsinə çatdırılıb.

Hərbi Prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib. Məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb.

“Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12 (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir”, – prokurorluğun məlumatında bildirilir.

Ana səhifəXəbərlərHərbi hissə komandiri minaya düşüb