Hərbçinin tank altında qalaraq həlak olduğu deyilir

İcra nümayəndəsi: “Dünən hərbçi dəfn edilib”

Source:


İcra nümayəndəsi: “Dünən hərbçi dəfn edilib”

Martın 28-də Bərdənin Çəmənli kəndində yerləşən “N” saylı hərbi hissədə təlim zamanı bədbəxt hadisənin baş verdiyi bildirilir.

Məlumatı Meydan TV-yə kənd sakinləri veriblər. Bildiriblər ki, Bərdə rayon, Yeni Daşkənd kənd sakini, müddətdən artıq xidmət edən 1993-cü il təvəllüdlü Hüseyn Tofiq oğlu Məmmədov tank altında qalaraq həlak olub:

“Hərbçi martın 28-də torpağa tapşırılıb”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Bərdə Rayon İcra Hakimiyyəti başçısının Yeni Daşkənd üzrə nümayəndəsi Sabir Cahangirovla əlaqə saxlayıb. Sabir Cahangirov məlumatı təsdiqləyib:

“Bilmirəm dəqiq necə olub. Prokurorluqla dəqiqləşdirin. Ancaq belə bir hadisə baş verib. Dünən hərbçi dəfn edilib”.

Ana səhifəXəbərlərHərbçinin tank altında qalaraq həlak olduğu deyilir