“Hərbçi, müəllim, həkim yüksək maaş almalı, kredit faizləri azaldılmalıdır”

A.Mirzəzadə Azərbaycanın qədim şəhəri olan Xankəndi şəhərinin hüquqi statusu bərpa edilməli olduğunu da vurğulayıb.

Foto: Arxiv


Deputatlar büdcə müzakirəsində təkliflərlə çıxış ediblər

“Zaqatalanın Natiq Mahmudov adında qazisi 42 gündür ki, komadadır”.

Parlamentin iclasında büdcə zərfinin müzakirəsi zamanı deputat Elşən Musayev bununla bağlı hökumətə müraciət edib:

“Baş nazir Əli Əsədovdan, Müdafiə Nazirliyinin rəhbərliyindən, hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələni yox, gəlməyəni də etsinlər. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”, – o bildirib


“Ərazilərin bərpası üçün növbəti ayrılan 2,2 milyard manat artırılsın”

Deputatı Fəzail Ağamalı işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi və ərazilərin bərpası üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən biri dövlətin iqtisadi və maliyyə inkişafı idi:

44 gün ərzində biz sosial, iqtisadi cəhətdən heç bir çətinlik çəkmədik. İndi Azərbaycan xalqının və dövlətinin qarşısında duran ən ümdə vəzifə işğaldan azad olunan ərazilərimizə qayıtmaqdır. Həmin ərazilərin bərpası üçün növbəti ilin büdcəsində 2,2 milyard manat ayrılması nəzərdə tutulub. Əgər mümkündürsə, həmin məbləğin artılmasını təklif edirəm”.

Deputat qeyd edib ki, gələn il ölkəzdə pensiya və müavinətlər artırılacaq ki, bu da müsbət haldır.

Fəzail Ağamalı
Fəzail Ağamalı


Əli Məsimli: “Hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir”

Deputat Əli Məsimli isə deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir:

“Həmin işlərin yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bizi bu müharibədə dəstəkləyən ölkələrin şirkətlərinə də burada işləməyə imkan tanınmalıdır”.

O qeyd edib ki, işğaldan azad edilən torpaqların bərpa edilməsi iqtisadiyyata və kənd təsərrüfatına müsbət təsir edəcək.

40219-1542102846.jpg
Əli Məsimli


“Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır”

Deputat Aydın Mirzəzadə bildirib ki, istənilən ölkə üçün müharibədən sonra büdcə qurmaq çətindir, ancaq Azərbaycan bu problemi yaşamır:

“Növbəti bir neçə il üçün hərbi sahəyə ayrılan vəsait xüsusi seçilməli, Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır”.

Deputat Baş nazirə müraciət edərək, bankların kredit faizlərinin aşağı salınması ilə bağlı məsələyə baxılmasını xahiş edib.

Untitled design (2).png
Aydın Mirzəzadə

A.Mirzəzadə Azərbaycanın qədim şəhəri olan Xankəndi şəhərinin hüquqi statusu bərpa edilməli olduğunu da vurğulayıb.

Büdcə müzakirələri dekabrın 25-də davam edəcək.

Ana səhifəSosial“Hərbçi, müəllim, həkim yüksək maaş almalı, kredit faizləri azaldılmalıdır”