Orxan Hacıyevin vəziyyəti ağırdır
İyunun 22-də Qazax istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahli qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Orxan Hacıyev xəsarət alıb.
Müdafiə Nazirliyinindən məlumatına görə, yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Hadisənin konkret harada baş verdiyi açıqlamır.
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2014-cü ilin yanvar-may aylarında ölkənin təhlükəsizlik və müdafiə sektorunda itki 38 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i döyüş, 3-ü mina partlayışı nəticəsində ölüb, 27-i qeyri-döyüş itkisidir.