Hərbçi: Bu dövlət uğrunda şəhid olsaydım, qan pulumu verməyəcəkdilər

”Səngərdə, soyuqda, qarda-boranda xidmət et, nəticəsi də süründürməçilik olsun”

Source:


”Səngərdə, soyuqda, qarda-boranda xidmət et, nəticəsi də süründürməçilik olsun”

“2013-cü ildən 2016-cı ilədək döyüş bölgəsində müddətdən artıq xidmət etmişəm. Hazırda ehtiyyatda olan zabitəm. Ancaq o illərin yığılıb qalan məzuniyyət pulunu ala bilmirəm” – deyir, 41 yaşlı İlkin Zeynalov.

“Dəfələrlə müraciət etmişəm, yazmışam, zəng etmişəm”

İlkin Zeynalov Müdafiə Nazirliyinin 2015-ci ildə verdiyi əmri xatırladır. Deyir, həmin əmrə əsasən müddətdən artıq hərbi qulluq edən hərbçilərin məzuniyyət pulları verilməlidir:

“O gün bu gündür süründürürlər, pulumu vermirlər. Dəfələrlə müraciət etmişəm, yazmışam, zəng etmişəm. Yenə də pulumu vermirlər”.

“Bəlkə prezident Meydan TV-dən oxuyub, problemimi həll edər”

Hərbçi problemi ilə bağlı prerzident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya da müraciət edib. Nəticə vermədiyini deyir:

“Sizə müraciət edirəm ki, bəlkə prezident Meydan TV-dən oxuyub, problemimi həll edər. 2 ilə yaxındır süründürürlər məni. İndi anladım ki, mən bu dövlət uğrunda şəhid olsaydım, qan pulumu verməyəcəkdilər. Hələ sağam, üz-üzdən, göz-gözdən utanmır, kəsirlər haqqımı. Özbaşınalıqdır! Yaxşı ki şəhid olmamışam”.

“Sabah kim gedib bu dövlətə xidmət edər?”

İlkin Zeynalov Müdafiə Nazirliyinin nə məktublarına, nə zənglərinə cavab verdiyini deyir. Məktub yazmaqdan əlləri qabar bağlayıb, baxan yoxdur:

“Bu qədər müddətə hərbçi süründürərlər? Sabah kim gedib bu dövlətə xidmət edər? Bilmirəm, mənim pulumu ödəsinlər. Hesablasınlar, bilim ki nə qədərdir alacağım. Səngərdə, soyuqda, qarda-boranda xidmət et, nəticəsi də süründürməçilik olsun. Hələ o illərin ağrı-acısı çıxmayıb canımdan. Dava-dərmanla yaşayıram. Təşəkkürü də bu imiş”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən İlkin Zeynalova 3 illik xidmətə görə məzuniyyət pulu düşmədiyini deyiblər.

Ana səhifəXəbərlərHərbçi: Bu dövlət uğrunda şəhid olsaydım, qan pulumu verməyəcəkdilər