Hərbçi avtomobildə dərəyə aşaraq həlak olub

Foto: Vahid Ərəblinskinin yaxınlarının arxivindən

Ölən hərbçi general Ərəblinskinin nəticəsi imiş

Müdafiə Nazirliyi general Balakişi Ərəblinskinin nəticəsi, hərbçi Vahid Ərəblinskinin qəza nəticəsində öldüyünü təsdiqləyib.

Vahid Ərəblinski avqustun 26-da Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində ölmüşdü.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Bildirilirdi ki, avtomobili generalın nəticəsi idarə edirmiş. Vahid Ərəblinski Zaqatala rayonundan hərbi xidmətə çağrılıb.

1828-ci ildə Zaqatalada doğulan general-leytenant B.Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı olub. 1902-ci ildə Dərbənddə vəfat edən B.Ərəblinskinin kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı idi.

Ana səhifəXəbərlərHərbçi avtomobildə dərəyə aşaraq həlak olub