”Hər yeni gələn rəhbər öz komandasını gətirir”

Fazil Mustafa: “Etiraz edənlərə deyirlər ki, xoşu gəlmir, get, ver məhkəməyə!”

Foto: Meydan TV
Fazil Mustafa
Fazil Mustafa


Fazil Mustafa: “Etiraz edənlərə deyirlər ki, xoşu gəlmir, get, ver məhkəməyə!”

“Hara icra başçısı, nazir, idarə müdiri təyin olunursa, öz komandasını həmin quruma gətirir, orda çalışanları isə kütləvi şəkildə işdən azad edir. Buna etiraz edənlərə isə deyirlər ki, xoşu gəlmir, get, ver məhkəməyə!”

Parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa belə deyib. O, yeni təyin olunan yüksək vəzifəli şəxslər tərəfindən kadrların kütləvi işdən çıxarılmasına etiraz edib:

“Dövlət bir məmurun yetişdirilməsinə və onun iş təcrübəsi toplamasına böyük vəsaitlər sərf edir. Məmurlar təcrübə topladıqca yetkinləşirlər. Ancaq bir də görürsən ki, kimi nazir və ya icra başçısı təyin edirlərsə, o, yeni işə başlayan kimi öz komandasını da özü ilə aparır. İllərboyu orada fəaliyyət göstərmiş məmurları işdən çıxarırlar. Bu vəziyyətdə məhkəmə onların şikayətinə ədalətli baxmır. Çünki məhkəmələr dövlət qurumlarına qarşı qərar çıxarmaqda maraqlı deyil. Ona görə də hesab edirəm ki, bu məsələyə ciddi diqqət yetirməli, Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır, bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Qanunvericiliklə müəyyən addımlar atmalıyıq ki, kimlərsə məmurların soyqırımını gerçəkləşdirməsin”.

Ana səhifəXəbərlər”Hər yeni gələn rəhbər öz komandasını gətirir”