“Hər ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb”

“Zərərçəkmişlərin yerləşdirilməsi üçün Bilgəh qəsəbəsindəki sanatoriya ərazisində kotteclər ayrılıb”

Source:


“Zərərçəkmişlərin yerləşdirilməsi üçün Bilgəh qəsəbəsindəki sanatoriya ərazisində kotteclər ayrılıb”


APA

-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri

Səlim Müslümov

bu gün Binəqədi rayonunda yanmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı bildirib.

S. Müslümov deyib ki, hazırda sakinlərin siyahısı tutulur və onlar həmin sanatoriyaya göndərilir: “Ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb. Prezidentin göstərişinə əsasən, zərərçəkmişlərin hər birinə yardım olunacaq”.

S. Müslümov qeyd edib ki, prezident

İlham Əliyev

in sərəncamı ilə yaradılan Dövlət Komissiyasının tərkibindəki nazirliklərin nümayəndələri hadisə yerindədir.

Ana səhifəXəbərlər“Hər ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb”