“Biz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bölgədə olmasını xatırladır, tərəfləri vertolyotun qəzaya uğradığı əraziyə girişi təmin etməyə çağırırıq”
ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Ceyms Uorlik və Pyer Endryu noyabrın 12-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən vurulan hərbi vertolyotun düşdüyü yerə humanitar girişin olmaması ilə bağlı narahatlığını bildiriblər.
Bu barədə həmsədrlərin birgə bəyantında deyilir.
“Biz tərəfləri vertolyotun qəzaya uğradığı ərazidə atəşi dayandırmağa, bu ərazini minalardan təmizləməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.
Ermənistan, Azərbaycan və Rusiya prezidentilərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyannaməsi baxımından həmsədrlər Azərbaycanı cəsədlərə yaxınlaşma imkanlarını təmin etməyə, Ermənistanı isə humanitar vəziyyətin həlli üzrə səylərə tam yardım göstərməyə çağırırlar.
“Biz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bölgədə olmasını xatırladır, tərəfləri vertolyotun qəzaya uğradığı əraziyə girişi təmin etməyə çağırırıq.
Biz noyabrın 12-də etdiyimiz bəyanatı bir daha təsdiq edirik, tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsi üçün onların atəşkəsin qorunması barədə Soçidə, Nyuportda və Parisdə üzərlərinə götürdükləri məsuliyyəti xatırladırıq”, – bəyanatda deyilir (Turan İA).