Həmsədrlər: Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir

ATƏT-in Minsk qrupu tərəfləri atəşi dayandırmağa çağırır

Source:


ATƏT-in Minsk qrupu tərəfləri atəşi dayandırmağa çağırır

Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun

Alxanlı

kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir.

Bəyanatda daha sonra bildirilib ki, zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır” (APA).

İyulun 4-də saat 20:40-da Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Nəticədə kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Füzuli Rayon Prokurorluğunda iyulun 4-də Alxanlı kəndinin atəşə tutulması ilə bağlı

cinayət işi

başladıb.

Ana səhifəXəbərlərHəmsədrlər: Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir