Həmsədrlər regiona səfərləri haqda yekun bəyanat verdilər

Onlar atəşkəs rejiminə hörmət edilməsi üçün etimad ab-havasının yaradılmasının vacibliyini hesab edirlər

Source:


Onlar atəşkəs rejiminə hörmət edilməsi üçün etimad ab-havasının yaradılmasının vacibliyini hesab edirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı (11 mart) və İrəvan (27 mart) səfərlərinin nəticələri barədə bəyanat yayıblar.

Bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, ötən il Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu qeyd olunub.

Report yazır ki, danışıqlar zamanı həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin missiyasına dəstəyin davam etdirilməsinin və bu missiyanın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həm də atəşkəs rejiminə hörmət edilməsi üçün etimad ab-havasının yaradılmasının olduqca vacib olduğu və həmsədrlərin ATƏT-in Minsk qrupunun üzvlərini indiki vəziyyət barədə məlumatlandırmaqla bağlı Vyanaya səfər edəcəyi bildirilir.

Ana səhifəXəbərlərHəmsədrlər regiona səfərləri haqda yekun bəyanat verdilər