Həmsədrlər narahatdır

Vasitəçilər xarici işlər nazirlərini atəşkəs rejimi haqqında sazişin şərtlərinə sadiq qalmağa çağırıblar

Source:


Vasit


əç


il


ə


r xarici i


ş


l


ə


r nazirl


ə


rini at


əş


k


ə


s rejimi haqq


ı


nda sazi


ş


in


şə


rtl


ə


rin


ə


sadiq qalma


ğ


a


ç


a


ğı


r


ı


blar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər.

Həmsədrlər görüşlərin yekunları ilə bağlı press-reliz yayıblar.

Həmsədrlər gərginliyin və zorakılığın artması halları, o cümlədən qoşunların təmas xətti boyunca dinc sakinləri qəsdən öldürmək cəhdləri ilə əlaqədar ciddi narahatlıqlarını bildiriblər. Onlar qəti şəkildə tərəfləri qəsəbə və kəndlərin mülki əhalisinə münasibətdə zorakılıq fəaliyyətindən yayınmaqla bağlı üzərilərinə məsuliyyət götürməyə, xarici işlər nazirlərini atəşkəs rejimi haqqında sazişin şərtlərinə sadiq qalmağa çağırıblar.

Həmsədrlər və xarici işlər nazirləri sülh danışıqlarında irəliləyişin əldə olunması üçün Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün əhəmiyyətini qeyd edərək dövlət başçılarının sammitinin gündəliyindəki mümkün bəndləri də müzakirə ediblər.

Onlar insanlar arasında mümkün etimad tədbirlərinin yaradılması məsələsinə baxmaqda davam edəcək və bütün bunları tərəflərlə müzakirə edəcəklər. Həmsədrlər belə proqramların davamlı sülh üçün zəruri olan etimadın və inamın yaradılmasına kömək edəcəyini hesab edirlər (Turan İA).

Ana səhifəXəbərlərHəmsədrlər narahatdır