Həmməruzəçi hakimiyyəti seçki ərəfəsində ifadə azadlığını təmin etməyə çağırıb

Stefan Şennak. Foto: “Turan”

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycan hakimiyyətini 11 aprel prezident seçkiləri ərəfəsində ifadə azadlığının təmin olunmasına çağırıb.

Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.

Hazırda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, prezidentliyə 7 namizəd qeydə alınıb.

Üç nəfərin – Sərdar Cəlaloğlu (Demokrat Partiyasının sədri), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının rəhbəri), Tural Abbaslı (Ağ Partiyanın sədri) namizədliyinə MSK-da baxılır.

Aparıcı müxalifət partiyaları seçkini boykot etdiklərini bildiriblər.

Ana səhifəXəbərlərHəmməruzəçi hakimiyyəti seçki ərəfəsində ifadə azadlığını təmin etməyə çağırıb