Həmməruzəçi Gözəl Bayramlı barədə: Hüququn aliliyinə əməl olunmayıb

AŞPA həmməruzəçisi məhkəmə qərarına reaksiya verdi

Source:


AŞPA həmməruzəçisi məhkəmə qərarına reaksiya verdi

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il müddətinə azadlıqdan məhrum edilməsinə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak reaksiya verib.

Tvitter mikrobloqunda S.Şennak G.Bayramlıya niyə görə hökm oxunması barədə sual edib.

Həmməruzəçi qeyd edib ki, G.Bayramlının məhkəməsindən narahatdır və onun həbsi yanlış olub.

“Hüququn aliliyə əməl olunmayıb”, S.Şennak yazıb.

Yanvarın 23-də Qazax rayon məhkəməsi G.Bayramlını qaçaqmalçılıqda günahkar bilərək üç il müddətinə azadlıqdan məhrum

edib

.

Ana səhifəXəbərlərHəmməruzəçi Gözəl Bayramlı barədə: Hüququn aliliyinə əməl olunmayıb