Həmkarı tərəfindən güllələnən polis dünyasını dəyişib


Gecə saatlarında keçirilən əməliyyat zamanı şöbənin cinayət-axtarış bölməsinin rəisi Altay Rəfiyev səhvən qarşı tərəfdən gələn polis əməkdaşını cinayətkar bilərək atəş açıb

Polis yoldaşı tərəfindən güllələnən 1989-cu il təvəllüdlü, serjant Vasif Şaiq oğlu Bağırov dünyasını dəyişib. Bu barədə məlumatı APA yayıb.

Meydan TV-nin region müxbirinin məlumatına görə, hadisə iyunun 18-də, gecə saatlarında rayonun Dağ Kəsəmən kəndində baş verib. Belə ki, uzun müddət axtarışda olan Dağ Kəsəmən kənd sakini Tahir Fərzəli oğlu Ayralovu həbs etmək üçün polis şöbəsinin əməliyyat qrupu əraziyə yollanıb. Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı şöbənin cinayət-axtarış bölməsinin rəisi Altay Rəfiyev səhvən qarşı tərəfdən gələn polis əməkdaşını cinayətkar bilərək atəş açıb. Atılan güllələrdən biri polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun baş nahiyyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.

İyunun 21-də Vasif Bağırov DİN-in hospitalında vəfat edib . Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəVideoHəmkarı tərəfindən güllələnən polis dünyasını dəyişib