”Həmin 1 milyon manatın sərfi ilə mətbuatda heç bir dəyişiklik olmayacaq”

Arif Əliyev deyir ki, hər il ayrılan vəsaitlər qəzetlərin infrastrukturunun inkişafına heç bir təsir göstərmir

Source:


Prezident Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayırdı

Prezident İlham Əliyev nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Məlumatı “

prezident.az

” yayıb.

Bildirib ki, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.

Ayrılan 1 milyon manatla qəzetlər üçün hansı işlər görülə bilər?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, indiki mərhələ 1 milyon manatı bölüb müəyyən sayda qəzetə paylamaq olar:

“Bir də yarım ildən sonra 1 milyon ayırıb həmin formada bölüb paylamaq olar, necə ki, vəziyyət belədir. İlin əvvəlində mənzərəni dəyişmək istədilər, amma özləri də narahat oldular, köhnə situasiyanı bərpa etdilər. İllərdir belə vəziyyət davam edir, amma bu ayırmalar qəzetlərin bazarda oturuşmasına, sifətlərinin dəyişməsinə və keyfiyyət dəyişikliyinə təsir etməyib. İstənilən halda bu cür ayırmalar bazara süni maneə yaradır. Halbuki, elə şərait qurmaq lazımdır ki, bütövlükdə KİV üçün perspektiv yaratsın”.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev deyir ki, hər il ayrılan vəsaitlər qəzetlərin infrastrukturunun inkişafına heç bir təsir göstərmir:

“Azərbaycan qəzetlərini yayım və reklam infrastrukturu yoxdur. Yayım infrastrukturu tamam dağılıb, reklam da gülməli şəkildə aşağı səviyyədədir, divar qəzeti buraxmağa imkan vermir. Reklam bazarında müəyyən artım olsa da, bu, yalnız televiziya və internetə aiddir, qəzetlər nəzərə çarpmır. Ona görə qəzetlərin tirajları dəyişməyəcək və bu qəzetlərin ictimaiyyətə aidiyyatı yoxdur. Həmin 1 milyon manatın sərfi ilə mətbuatda heç bir dəyişiklik olmayacaq. Halbuki, həmin vəsaitlə elə bir mətbəə gətirmək olardı ki, qonşu respublikaların qəzetləri ilə bizim qəzetləri yanaşı qoyanda ən azı utanmayaq, heç olmasa çap keyfiyyətinə görə. İkinci, 1 milyon manata rabitə sistemində media üçün stimullar yaratmaq olardı ki, internetin və texnologiyaların keyfiyyətinə dəstək göstərsin. Üçüncü, 1 milyon manata Azərbaycan mediasının beynəlxalq aləmə çıxışı üçün xüsusi layihələr hazırlamaq olardı”.

Ana səhifəXəbərlər”Həmin 1 milyon manatın sərfi ilə mətbuatda heç bir dəyişiklik olmayacaq”