HƏMAS ABŞ-ın atəşkəslə bağlı təklifini qəbul edib

Qəzza. Foto: Reuters

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi hələlik bu təklifi şərh etməyib

HƏMAS ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs təklifini qəbul edib. Bu haqda qruplaşmaya yaxın fələstinli məmura istinadən “Reuters” məlumat yayıb.

Uiittkoffun təklifi on israilli girovun azad edilməsini (onlar iki qrupda azad ediləcək), 70 günlük atəşkəs rejimini, həmçinin İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasını nəzərdə tutur. Buna cavab olaraq İsrail də fələstinli məhbusları azad etməlidir.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi hələlik bu təklifi şərh etməyib.

Uitkoffun hər iki tərəfə çatdırılan təklifi barədə “Axios” mayın 18-də öz mənbələrinə istinadən yazıb. Məlumata görə, İsrail və HƏMAS-ın Dohada danışıqları baş tutsa da, Uitkoffun təklifinin müzakirəsi “başqa kanallar vasitəsilə” aparılıb. Netanyahu müsbət cavab verib, “amma çoxlu sayda şərtlərlə”.

Eyni zamanda, İsrail Müdafiə Ordusu həmin gün Qəzza zolağının şimalında və cənubunda “Gideonun arabaları” əməliyyatı çərçivəsində “genişmiqyaslı quru əməliyyatlarının” başladığını bildirmişdi. HƏMAS-a qarşı quru əməliyyatını əhəmiyyətli dərəcədə genişləndirmək planı mayın 4-də İsrailin təhlükəsizlik kabineti tərəfindən təsdiqlənib.

Ana səhifəXəbərlərHƏMAS ABŞ-ın atəşkəslə bağlı təklifini qəbul edib