Helsinki Komissiyasından hakimiyyətə növbəti çağırış

Kristofer Smit iyulda Osloda keçiriləcək görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə bu məsələni müzakirə etməyi də planlaşdırdığını bildirib

Source:


Kristofer Smit iyulda Osloda keçiriləcək görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə bu məsələni müzakirə etməyi də planlaşdırdığını bildirib

3 may Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ Helsinki Komissiyasının sədri Kris Smit bəyanatla çıxış edərək bəzi ölkələrin hakimiyyətlərinin siyasətindən narahatlığını bildirib.

 “Ümumdünya Mətbuat Günündə ATƏT məkanında və onun hüdudlarından kənarda öz həyatını riskə qoyaraq korrupsiya, münaqişələr, insan hüquqları haqqında yazan  bir çox jurnalistin cəsarətini və sadiqliyini qiymətləndirmək istəyirəm.

Bəzi ATƏT ölkələrində hökumətlər peşəkar jurnalistləri ələ almaq və qorxutmaq üçün maksimum üsullara əl atırlar. Ən pis halda jurnalistlər siyasi motivli ittihamlarla həbs olunurlar. Bu, Helsinki Yekun Aktında əksini tapan fundamental azadlıqlar və insan hüquqlarına sadiq millətlər üçün yolverilməz hərəkətdir.

Odur ki, mən ATƏT iştirakçılarını, xüsusiləTürkiyə, Azərbaycan və Özbəkistanı həbsdə olan jurnalistləri azad etməyə çağırıram”, – müraciətdə deyilir.

Helsinki Komisiyasının məlumatnda qeyd olunur mayın 5-də Kris Smit 2015-ci il üçün mətbuat azadlığını Müdafiə Aktını Konqresə təqdim etməyi planlaşdırır.

Bu qanun ABŞ prezidentini mətbuat azadlığını pozan, Amerika jurnalistlərinin və KİV-in hüquqlarının pozulduğu ölkələrdə dövlət KİV-də ABŞ-ın fəaliyyətini məhdudlaşdıran məmurlara qarşı viza sanksiyalarının tətbiqinə, həmçinin ABŞ hökumətini beynəlxalq müqavilələrə mətbuat və İnternet azadlığına əməl olunmasının vacibliyi barədə bəndin əlavə   edilməsinə çağırır (Turan İA).

Kristofer Smit “Amerikanın səsi”nə bildirib ki, o, Bakıda artıq iki dəfə olub və bu səfərlərdə insan haqları məsələsinə xüsusi diqqət ayırıb. Cənab Smit iyulda Osloda keçiriləcək görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə bu məsələni müzakirə etməyi də planlaşdırdığını bildirib.

Ana səhifəXəbərlərHelsinki Komissiyasından hakimiyyətə növbəti çağırış