Türkiyədə hakim və polisləri aparan hərbi helikopter qəzaya düşüb
Qəzada 12 nəfərin öldüyü deyilir. Rəsmilərin verdiyi açıqlamada, hərbi helikopterdə 7 polis, 1 hakim, 1 zabit və 3 ekipaj üzvünün olduğu bildirilir, bu barədə CNN Türk xəbər verir. Axtarış-xilasetmə əməliyyatlarında iştirak edən işçilərin verdiyi məlumata görə, helikopterin içərisində olanların hamısı ölüb.
Tuncəli bələdiyyəsindən verilən məlumatda bildirilir ki, bu gün saat 11:40 radələrində Pülümur qəsəbəsindən yola çıxan “Sikorsky” markalı vertolyotun qalxmasından 10 dəqiqə sonra ekipajla əlaqə kəsilib.
Açıqlamada həmçinin qeyd edilib ki, “İlkin ehtimallara görə, helikopterin düşməsinə səbəb pis hava şəraiti olub”.