Həkim: Xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük

Ayağı səhv kəsilən xəstənin həkimi: “Xəstəxanadan çıxandan sonra xəstəni müşahidə etmək bizim işimiz deyil”

Source:
Tərlan Məmmədova, foto: courtesy
Tərlan Məmmədova, foto: courtesy


Ayağı səhv kəsilən xəstənin həkimi: “Xəstəxanadan çıxandan sonra xəstəni müşahidə etmək bizim işimiz deyil”

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.

O, iyun ayında sol ayağı əvəzinə sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və iki gün əvvəl vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib: “Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük”.

“Report” Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.

Ə.Rzazadə xəstənin sol ayağı əvəinə sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.

Ana səhifəXəbərlərHəkim: Xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük