Həkim: Reanimasiyada olanlardan yalnız biri azərbaycanlıdır

1986-cı il doğumlu Emin Süleymanov azərbaycanlıdır

Foto: arxiv


3 nəfərin vəziyyətinin kritik olduğu bildirilir

Mayın 8-dən 9-na keçən gecə Mərkəzi Neftçilər Xəstəxanasına 14 yaralı daxil olub.

Bu barədə Meydan TV-yə xəstəxananın reanimasiya şöbəsinin həkimi Aybəniz Nəbiyeva məlumat verib.

A.Nəbiyeva deyir ki, daxil olanlardan 7 nəfərinin vəziyyəti ağır olduğundan birbaşa reanimasiya şöbəsinə yerləşdirilib, qalanlarının durumu sabitdir. Reanimasiya daxil olanlardan 3 nəfərinin vəziyyəti kritikdir, onlar süni nəfəs aparatındadır. Həkim Nəbiyevanın sözlərinə görə, əsas xəsarətləri yanıqdır, dəri yanığı, nəfəs yolları yanğıı və müxtəlif tramvalardır:

Yaralıların siyahısı
Yaralıların siyahısı

“Hər an vəziyyətləri dəyişə bilər”.

Həkim 7 nəfərdən birinin yerli vətəndaş olduğunu bildirib:

“1986-cı il doğumlu Emin Süleymanov azərbaycanlıdır. Digərləri xarici ölkə vətəndaşlarıdır. Bu adamlar “Saipem” gəmisində idilər”.

Mayın 8-də “İsrafil Hüseynov” borudüzən gəmisində qəza baş verib.

Mayın 8-də saat 18 radələrində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. Hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib.

14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Ana səhifəXəbərlərHəkim: Reanimasiyada olanlardan yalnız biri azərbaycanlıdır